Argentina və Çili sərhədində yerləşən San-Xuan vilayəti və Atakama regionunda dünyanın ən böyük mis, qızıl və gümüş ehtiyatlarından biri aşkarlanıb. Tədqiqatçılar bu yatağı "bəşəriyyətin ən böyük təbii sərvətlərindən biri" kimi dəyərləndiriblər.
FED.az xəbər verir ki, bu barədə "IFLScience" nəşri yazır.
Bildirilir ki, Vikunya adlı bölgədəki mədən sahəsində 13 milyon ton mis, 907 min kiloqram qızıl və 18,6 milyon kiloqram gümüş ehtiyatı var. Bu ehtiyatlar tam şəkildə istismar edilərsə, onların dəyəri milyardlarla dolları ötə bilər.
Yataq Kanadanın "Lundin Mining" və Avstraliyanın BHP şirkətləri tərəfindən idarə olunur. Əraziyə əsasən Filo-del-Sol və Xosemariya sahələri daxildir.
Bu yataqlar hazırda dünyanın ən iri mis çıxarma bölgələrindən biri sayılır.
Son araşdırmalar onu da göstərir ki, bu bölgə həm də qızıl və gümüş ehtiyatlarına görə dünya üzrə ön sıralardadır.
Qeyd edək ki, qızıl yalnız zinət əşyaları və maliyyə sistemində deyil, eyni zamanda kompüterlərdə, peyklərdə, təyyarə mühərriklərində və digər texnoloji avadanlıqlarda əsas material kimi istifadə olunur. (Oxu.az)