ABŞ prezidenti Donald Tramp, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi və sanksiya rejiminin aradan qaldırılmasını təklif edib. Bu haqda mənbələrə istinadən “The Washington Post” məlumat verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, nəşrin mənbəyi izah etdiyi kimi, Vaşinqton S-400-lərin “Amerikanın rabitə və müdafiə vasitələrinə daxil ola bilməmələri üçün” istifadəyə verilməməsini tələb edir.
Eləcə də bax: Ərdoğan və Tramp Vaşinqtonda - GÖRÜŞƏCƏKLƏR - TARİX
Qəzetin həmsöhbətlərinə görə, ABŞ və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmaq məqsədini daşıyan bu təklif, Donald Trampın türk həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda yer alıb. Prezidentin bu ideyası, çox güman ki, Türkiyəyə qarşı sanksiya rejiminin tətbiq edilməsinin tərəfdarları olan Nümayəndələr Palatasının qanunvericilərinin “qəzəblənməsinə” səbəb olacaq.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 12-13 tarixlərində ABŞ-a səfər edəcək.