FED.az xəbər verir ki, İzmirdə, ev həbsində olan ABŞ-lı keşiş Endryu Kreyq Bransonun vəkili İsmal Cem Halavurt, ev həbsi və xaricə çıxmaq qadağasının ləğv edilməsi üçün ali məhkəməyə etiraz etmişdi.
Endryu Kreyq Branson, "Terror təşkilatları PKK ilə FETÖ/PDY adına cinayət törətmək və dövlətin təhlükəsizliyi baxımından xarakteri etibarilə gizli qalması lazım olan məlumatları siyasi və hərbi casusluq məqsədilə təmin etmək" cinayətlərində ittiham olunur. O, 35 ilə qədər həbs cəzası tələbi ilə mühakimə olunur.
Dünyanın ən güclü - 7 FOND BİRJASI
Qeyd edək ki, Bransonun səhhətindəki problemlər nəzərə alınaraq zindanından evə köçürülüb. Vəkili İsmal Cem Halavurt məhkəməyə müraciət etmiş, Brunson barəsində ev həbsi ilə xarici çıxış qadağasının ləğv edilməsini tələb etmişdi.
Brunsonın ABŞlı bir əsgərə göndərdiyi 15 İyul 2016-daki çevriliş cəhdinin uğursuz olmasından kədər hiss etməsinə dair mesaj məzmunlarına yer verilən iddianamədə, cib telefonundakı "Türkləri silkələyəcək bəzi hadisələri gözləyirdik. İsaya dönmək üçün lazımlı şərtlər meydana gəldi. Zərbə təşəbbüsü bir şok idi. bir çox Türk keçmişdə də olduğu kimi əsgərlərə güvəndi ancaq bu səfər çox keçdi. Və çevriliş təşəbbüsündən sonra bu başqa bir yelləmə. Sanaram hadisələr daha da pisə gedəcək. Sonunda biz qazanacağıq. " demişdir.