Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
ABŞ nefti ucuzlaşdırmaq üçün Rusiya neftinə sanksiya güzəşti verib
FED.az xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, sanksiya siyahısına daha 85 mövqe əlavə edilib.
Bu sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli şəxs və qurumlara qarşı tətbiq olunub. (Apa)













