“İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirməyə başladıq”.
FED.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Komandanlıq İrana zərbələrin SEPAH-ın Hörmüz boğazında gəmiçiliyi hədəf alan son hücumlarından sonra endirildiyini açıqlayıb.
Bildirilir ki, zərbələr İranın Hörmüz boğazında kommersiya gəmilərinə və bölgəyə göndərilən Amerika hərbçilərinə qarşı son hücum cəhdlərindən sonra baş verib.












