ABŞ prezidenti Donald Trump, 48 saat ərzində İrana qarşı yeni sanksiyalar elan edəcəklərini açıqladı.
FED.az saytı xəbər verir ki, Trump yeni Milli Təhlükəsizlik Müşaviri Robert O'Brien ilə birlikdə jurnalistlərə açıqlamalar verdi.
İrana qarşı sanksiyaların artırılması mövzusuna toxunan Trump “İrana bəzi çox önamli sanksiyalar tətbiq edəcəyik. Bunları da gələcək 48 saat içində məlumat verəcəyik” dedi.
Açıqlanacaq məlumatın içində İrana hərbi müdaxilənin olub olmayacağı sualına Trump “ Nə olacağını görəcəyik” cavabını verdi. Trump “Əgər bir şey etməliyiksə, bunu tərəddüd etmədən edəcəyik” dedi.
Hazırda çox güclü bir mövqedə olduqlarını vurğulayan Trump “İrana hərbi müdaxilə son seçimdir, planda başqa seçimlər də var” deyib.
İran prezidenti Həsən Ruhani və onu müşayiət edən heyət, BMT Baş Assambleyası müşavirəsi üçün hələ viza ala bilməməsi mövzusunda isə Trump, İran heyyətinin bu müşavirəyə gəlməsini dəstəklədiyini bildirərək “Əgər bu mənə bağlı bir şey olsaydı onların gəlməsinə icazə verərdim” deyib.
Trump “Saudi Aramco”-ya edilən hücum haqqında da “Nələr baş verdiyini çox yaxşı bilirik” dedi.
Robert O'Brien isə Səudiyyə Ərəbistanı üçün Trump-a tövsiyələrini özəl olaraq qeyd edib.