ABŞ-dan Türkiyə açıqlaması: Gərginliyə baxmayaraq, möhkəm dostuq
Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyi, bir amerikalı rəsminin 1 dolların 7 TL olacağı ehtimalını səsləndirdiyi barədə xəbərləri təkzib edərək, "Mövcud gərginliklərə baxmayaraq, ABŞ, Türkiyənin möhkəm dostu və müttəfiqi olmağı davam etdirir",- deyib.
Səfirlik "Twitter"dəki hesabından verdiyi açıqlamada, Türkiyə və ABŞ-ın dostluğu və müttəfiqliyinin davam etdiyini vurğulayıb.
FED.az xəbər verir ki, səfirliyin açıqlamasında bu ifadələr yer alıb:
"Mövcud gərginliklərə baxmayaraq, ABŞ, Türkiyənin möhkəm dostu və müttəfiqi olmağı davam etdirir. Ölkələrimiz, canlı bir iqtisadi əlaqəyə malikdir. Bu səbəbdən, bir Amerikalı rəsminin, Amerika dollarının 7 TL olacağı proqnozunu verdiyi tamamilə əsassızdır. Belə məsuliyyətsiz xəbərlərin Türkiyə mediasında yer alması çox pis və narahatedicidir. Bu, uydurulmuş və əsassız yalandır".