ABŞ-ın aviaşirkətlərinə İran, İraq, Fars körfəzi və Oman körfəzi üzərindən uçuşlar etmək qadağan olunub.
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin məlumatında deyilir.
Eləcə də bax: İran ABŞ-a cavab üçün 13 ssenarini - MÜZAKİRƏ EDİR
Bildirilir ki, qadağa Yaxın Şərqdə hərbi aktivliyin və siyasi gərginliyin artması ilə əlaqədardır.
Qeyd edək ki, iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirib.
Azərtac