2022-ci ildə Rusiya iqtisadiyyatı 2,1% geriləyib – AZALMA DAVAM EDƏCƏK
2022-ci ildə Rusiya iqtisadiyyatı 2,1% geriləyib.
FED.az xəbər verirki, bu barədə Rusiyanın Statistika Komitəsi məlumat yayıb.
Hazırkı qiymətlərlə 2022-ci ildə Rusiya iqtisadiyyatının həcmi 151 trilyon 456 milyard rubl olub. Bu təqribən 2,1 trilyon dollar deməkdir.
2021-ci illə müqayisədə 2022-ci ildə iqtisadiyat 2,1% geriləyib.
Ötən il Rusiyada bəzi sahələrdə artım da olub- bunlar kənd təsərrüfatı- 6%, tikinti - 5%, hərbi və sosial təminat 5% və sairdir. Əvəzində ölkədə pərakƏndə ticarət 13% azalıb.
Rusiya Mərkəzi Bankı ölkədə iqtisadi geriləmənin davam edəcəyini bildirib. Bankın proqnozuna görə 1-ci rübdə Rusiya iqtisadiyyatı daha 2,4% azalacaq.
Xatırladaq ki, 2021-ci ildə Rusiyada iqtisad artım 5,6% olmuşdu.