2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Xaricə mal və xidmət satışından ən çox gəlir götürən özəl şirkətlər - SİYAHI, MƏBLƏĞLƏR
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”na istinadən xəbər verir.
Məlumata görə şirkətin 2024-cü il ərzindəki gəliri 2023-cü illə müqayisədə 36,3 milyon manat (10%) artaraq 410,5 milyon manata yüksəlib.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC
“SOCAR Polymer” MMC 237,6 milyon manat gəlir əldə edib. 2023-cü ildəki gəlirləri 296,7 miyon manat olub.
“AzerGold” QSC-nin ixrac gəlirləri 175,8 milyon manat olub ki, bu da illik müqayisədə 51,2 milyon manat (41,1%) artıqdır.
“Azəralüminium” MMC-nin qazancında 6,7 milyon manat (5,2%) artaraq 135,3 milyon manata yüksəlib.
“Azərenerji” ASC-nin gəlirləri 308,4 milyon manat (4,3 dəfə) azalaraq 93,1 milyon manata düşüb.
, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin gəlirləri 56,1 milyon manata bərabər olub ki, bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 33,9 milyon manat (2,5 dəfə) çoxdur.
“Azərbaycan Hava Yolları” QSC-nin gəlirləri 15,5 milyon manata bərabər olub.
Naxçıvan MR Dövlət Energetika Xidmətində bu göstərici 56 min manat (5,9%) artımla 1 milyon manata, “Azəripək” MMC-də isə 1 milyon 111,6 min manat (2,9 dəfə) azalma ilə 1,7 milyon manat təşkil edib.
Siyahıya 695,9 min manat göstərici ilə 9-cu pillədə “Suraxanı Maşınqayırma zavodu” ASC daxil olmaqla qərarlaşıb.