"Satışın İdarəedilməsi" dərsində ilk qonaq Şirkətlər Qrupunun CEO-su Burak Dənizdir
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Dövlət İqtisad Univesiteti (UNEC) ilə birgə yeni layihəyə başlayıb.
Layihə çərçivəsində Şirkətlər Qrupunun rəhbər şəxsləri tədrisi türk dilində olan fakültənin son kurs tələbələrinə "Satışın İdarəedilməsi" və “Pərakəndəçilik” mövzusunda öz biznes təcrüblərini bölüşəcək.
"Satışın İdarəedilməsi" dərsində ilk qonaq Veyəloğlu Şirkətlər Qrup CEO-su Burak Dəniz olub. O, strategiya, vizyon, missiya və şirkət dəyərlərinin əhəmiyyətindən real nümunələrlə bəhs edib.
Burak Dəniz karyerasında qarşılaşdığı maraqlı məqamları tələbələrlə bölüşərək onlara uğurlu biznes qurmaqla bağlı tövsiyələr verib.
Qeyd edək ki, layihənin məqsədi tələbələrin real biznes mühitinə keçidini sürətləndirmək və belə böyük şirkətlərin layihələrinə tələbələrin inteqrasiyasını sürətləndirməkdir.
Veysəloğlu Şirkətlər Qrupu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirərək tələbə və məzunların biznes sahəsinə cəlb edilməsinə dəstək olmağa davam edir.
Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.