Dövrümüzün İnsan Resursları təcrübələri içərisində Müxtəliflik, Ədalətlilik və İnklüzivlik (Diversity, Equity & Inclusion) təşəbbüsləri çox geniş yer almağa başlayıb.
Ümumilikdə idarəetmə peşəkarları şirkətlərdə DEI təşəbbüslərinin tətbiqinin işçi bağlılığını və məhsuldarlığını artırması, işə davamiyyətsizlik və işçi axınının azaldılması, müştəri məmnunluğu səviyyəsini yaxşılaşdırması, innovasiya mədəniyyətini təşviq etməsi və effektiv problem həlletmə bacarıqları yaratması kimi sübuta yetirilmiş pozitiv effektlərinin olduğu bildirir.
Müxtəliflik, Ədalətlilik və İnklüzivlik (DEI) bir-biri ilə sıx bağlı olan dəyərlərdir və müxtəlif cins, irq, etnik kimlik, din və bacarıqlara sahib individualların qrupunu dəstəkləmək üçün şirkətlərin bu dəyərlərə söykənən şirkət mədəniyyəti yaratması prosesidir.
DEI anlayışında ilk aydınlaşdırılmalı olan məqam Equity və Equality anlayışlarıdır. Equality, yəni bərabərlik - fərdlərin bərabər yanaşılmasını özündə ehtiva edirsə, Equity, yəni ədalətlilik - fərqli həyat şərtlərinə sahib individuallara müəyyən dəstəklər göstərərək həyat mübarizəsində imkanlarını bərabərləşdirmək deməkdir.
Şirkətlər inklüziv mədəniyyəti təşviq etməklə, hər bir işçinin öz düşüncələrini səsləndirmək fürsəti yaratmaqla bərabər, həm də səsinin eşidildiyi hissini duymağa imkan yaradırlar.
Bu mənada “OBA” DEI siyasətimizin bir parçası olaraq inanc, irq, cins, yaş fərqi qoymadan şirkətimizdə ədalətli mövcudluq imkanı verərək, əməkdaşlarımıza özünü reallaşdırma imkanı yaradırıq. Onların səslərinin eşidilməsi üçün rəhbərliklə mütəmadi görüşlər təşkil edir, müxtəlif sosial faəliyyətlərə cəlb edir, əməkdaşlarımızın qərar qəbul etmə prosesimizin bir parçasına çevirməyə çalışırıq.
Hazırda şirkətimizdə çalışanlarımızın 50%-i qadınlardan ibarətdir. Şirkət olaraq cari hədəflərimizdən biri də mağazalarımızın administratorlarının və bölgə müdirlərimizin də içərisində bu cinsiyyət balansını yaratmaqdır. Bundan əlavə, şirkətimizə gənc istedadları cəlb etməklə bərabər hazırda çalışanlarımız içərisində daha yaşlı əməkdaşlarımıza ədalətli vəzifə, əməkhaqqı və özünüreallaşdırma imkanları yaratmağa çalışırıq.
Müxtəlif fərdləri duya bilmək, onlara daha yaxın ola bilmək üçün “müxtəliflik, inklüzivl liderliyi” təşviq etməyə çalışırıq. Hazırda “OBA” marketlər şəbəkəsinin İdarə Heyətində 2 xanım əməkdaşımız var və gələcəyə doğru bu sayın artırılması imkanları üzərində çalışırıq.
Bir sözlə, ölkəmizdəki bütün individualları qucaqlayan, onlara inkişaf imkanı yaradan, onların səsinin eşidildiyi, özlərini reallaşdıra bildikləri “OBA” olmaq başlıca hədəfimizdir.
Müəllif: Emil Hüseynov
“OBA Market” MMC Təşkilati inkişaf şöbəsinin müdiri