“ONTOP Bowling İdman və Əyləncə Mərkəzi”nin peşəkar meneceri Nicat Məmmədovun FED.az saytına müsahibəsi
Nicat bəy, “ONTOP Boulinq İdman və Əyləncə Mərkəzi” nə vaxtdan fəaliyyət göstərir, indiyədək bu əyləncə mərkəzində təxminən nə qədər müştəriyə xidmət göstərilib?
Əyləncə mərkəzi olaraq, 2016-cı ildən etibarən fəaliyyət göstəririk. Artıq 4 ilə yaxındır ki, aylıq 6500-7000 müştəriyə xidmət göstəririk. Müştərilərimizin əksəriyyəti yerli müştərilərimiz olsa da xarici ölkədən olan müştərilərimizin sayıda çoxluq təşkil edir. 2018-ci ildən etibarən əcnəbi turistlər müştəri portfelimizin 30%-ni təşkil edir. Hər il müştərilərimizin sayının artması və insanların bu məkanı doğma məkanları olaraq görməsi üçün yeni tədbirlər görülür.
Bir saatlıq oyun üçün müştəri 44 AZN ödəyir. Sizin fikrinizcə, baha və ya ucuz olması səbəbindən bu Azərbaycan bazarı üçün normal qiymət hesab edilə bilərmi? Ümumiyyətlə, qiymət siyasətiniz necə formalaşır?
Qiymət siyasəti formalaşdırarkən məkanın yerləşmə məntəqəsi, göstərəcəyimiz xidmətin səviyyəsi və əlbəttə ki, biznesə qoyulan sərmayə çox təsir edir. Bizim yerləşdiyimiz GƏNCLİK MALL alış-veriş mərkəzi hal-hazırda Bakı şəhərinin ən müasir standartlarına cavab verən AVMlərindən biri olması, ən rahat nəqliyyat qovşağında yerləşməsi eyni zamanda Bakıda ən yeni boulinq xəttlərinə malik olmamız, habelə xidmət səviyyəmizi də AMF standartlarına uyğunlaşdırmağımız bizim qiymət siyasətimizə ciddi təsir göstərib. Ona görə də düşünürəm ki, 44 azn 5 nəfərin 1 saatlıq istirahəti üçün uyğun qiymətdir.
İnsanları bu oyuna necə cəlb edirsiniz, onlar üçün maraqlı olan nədir?
Bizim illərdir ki, xidmətimizdən yararlanan müştərilərin sayı çoxluq təşkil edir və hər keçən gün müştəri sayımızda artımlar olur. Bizim məkanımızın xidmətlərindən hər kəs yararlana bilər. Fiziki qüsurlu müştərilərimizin zala daxil olması üçün xüsusi şərait və oyun zamanı yardımçı olan xususi bamperlərimiz də mövcuddur. Bizim məkanımızdan uşaqlar da yararlana bilir, onlar üçün isə xüsusi uşaq qorkalarımız, bamperlerimiz və uşaqlar üçün nəzərdə tutulmuş boulinq şarlarımız var. İnsanların bizim məkana marağının olmasının başlıca səbəblərindən biri də təqdim etdiyimiz xidmətlərdir. Müştərilərimiz oynayan zaman restoran və bar menyumuzdan sifarişlər verə bilirlər. Xəttlərimiz isə zal hissədən daima Linerimiz tərəfindən, mexaniki hissədən isə mexaniklərimiz tərəfindən daima nəzarətdədir. Müştərilərimiz oyunlarını professional bouling şəraitində davam etdirə bilirlər həm də dadlı təamlarımızdan dada bilirlər. Bütün bu müsbət halların hamısı insanlarda boulinqə qarşı maraq yaradır və bizim əyləncə mərkəzimizin daimi müştəriləri olurlar.
Nicat bəy, Azəbaycanda boulinq oyununa marağın artması və bu idman növünün kütləviləşdirilməsi üçün hansı marketinq alətlərindən istifadə edirsiniz?
Biz “Ontop Bowling” olaraq daimi müştərilərimizdə və yeni müştərilərimizdə bu oyuna maraq yaranması üçün STRİKE kampaniyaları keçirdirik. Oyun zamanı ardıcıl olaraq STRİKE sayı nə qədər çox olarsa qazanılacaq mükafat dərəcəsi də o qədər artıq olur. Ən yüksək mükafat isə 200 manatdır. Qeyd etmək istəyirəm ki, bu mükafat turnir ilə əlaqəli deyil hər kəs istirahət üçün gəldiyi mərkəzimizdə “STRİKE”ları ardıcıl vuraraq əldə edə bilər. Gələcək planlarımızda əsas hədəflərdən biri turnirlər keçirməkdir və bunun üçün də hazırlıqlara başlamışıq. Bu turnirin sonunda qalib gələni isə böyük pul mükafatı və hədiyyələr gözləyir. Hazırlıqlar bitdikdən sonra Turnirin keçirilmə tarixi, iştirakçı sayı və mükafatların dərəcələrini elan edəcəyik.
Bildiyimiz qədər fərdi müştərilərlə yanaşı, sizə korporativ müştərilər də kifayət qədər müraciət edir. Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq üçün güzəştlər tətbiq edirsinizmi?
“Ontop Bowling” korporativ müştərilərə xüsusi xidmət və tariflər təklif etməkdədir. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər bizim məkanı seçməyə üstünlük verir. Bunun başlıca səbəbi tədbir öncəsi xususi turnir proqramı hazırlığının aparılmasıdır. Tədbir keçirmək şirkətin tədbir təşkilatçısına bütün oyun qaydaları və tədbir reqlamenti göndərilir. Məkanımızda məkana aid restoran və bar fəaliyyət göstərdiyindən tədbir iştirakçıları tədbir boyunca qəlyanaltı və sərinləşdirici içkilər ilə öz oyunlarına bol enerji qatırlar. Ödəniş qəbul etmə imkanları şirkətlər üçün tam əlverişlidir. Belə ki, odənişi həm nəğd həm də köçürmə yolu ilə qəbul edə bilirik. Bu kimi müsbət hallara görə korporativ müştərilərimiz bizimlə davamlı əməkdaşlıq edir.
İl ərzində təminən neçə korporativ müştəriniz olur? Korporativ müştərilərinizin sayını artırmaq üçün ONTOP rəhbərliyi və menecerləri tərəfindən hansı adddımlar atılır?
İl ərzində 60-a yaxın korporativ müştəri bizim xidmətlərdən yararlanır. Bu kimi korporativ müştərilərimizin içində hər il bizimlə əməkdaşlıq edən daimi müştərilərimizlə yanaşı yeni şirkətlərdə var. Hər ötən il yeni korporativ müştərilərin sayında artıma nail oluruq. Korporativ müştərilərimizin sayının artırılması üçün şirkətlərlə görüşlər keçirilir, iştirakçı sayına bağlı olaraq təklif paketləri təqdim edirik. Seçim olunduqdan sonra xüsusi endirimlərdən yararlana bilirlər. Bu paketlərin içində turnirin təşkili, turnirin gedişat planı və iştirakçıların turnir zamanı qidalanması üçün menyu təşkilatçıya təqdim olunur.
“ONTOP”la bağlı gələcək planlarınız nədən ibarətdir? Xidmət şəbəkəsinin genişləndirilməsi ilə bağlı hansı işlər görülür?
“Ontop Bowling” artıq yalnız “GƏNCLİK MALL”da deyil ŞAHDAĞ istirahət kompleksində və yeni açılacaq “CASPİAN WATERFRONT MALL”da da fəaliyyət göstərəcək. Bununla da artıq “ONTOP xidmət şəbəkəkəmizi daha da genişləndirmiş olacağıq.
Nicat bəy, müsahibə üçün təşəkkür edirik
FED.AZ saytının daimi oxucularından biri olaraq peşəkar komandaya təşəkkürümü bildirirəm. Düşünürəm ki, FED.AZ biznes maliyyə portalı insaların iqtisadi, biznes və maliyyə xəbərlərinin oxuduğu ən dürüst və yararlı bir internet resursudur.