İyunun 30-u 11.00-da “Şəmkir Şərab-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Azərbaycanın məşhur şirkətində - SƏHMDARLAR TOPLANIR
FED.az xəbər verir ki, toplantıda 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi, “Şəmkir Şərab-1” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi, təşkilati məsələlər və digər məsələlər müzakirə ediləcək. Toplantı Şəmkir rayonu, Posanlı kəndində keçiriləcək.