Bu ilin ilk yarısında Azərbaycan xaricə 92,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da qeyri-neft məhsulları arasında ən yüksək artım templərindən biridir.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilib.
Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,8 milyon dollar və ya 75,7% çoxdur. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkə 52,6 milyon dollar dəyərində karbamid ixrac etmişdi.
Təkcə iyun ayında 13,5 milyon dollarlıq karbamid ixrac olunub ki, bu da illik müqayisədə 1 milyon dollar (8%) artım deməkdir.