Mövsümi məhsul olan şaftalının ixracatı bu ilin iyun ayında kəskin şəkildə artıb. Yalnız iyun ayı ərzində ölkədən xaricə 17,1 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 8,7 milyon dollar və ya 103,6% (iki dəfədən çox) artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında Azərbaycandan 8,4 milyon dollar dəyərində şaftalı ixrac olunmuşdu.