"Gəncə Ərzaqnəqliyyat” ASC (VÖEN: 2300195971) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ2004 Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, ev 19 ünvanına bildirə bilərlər.
Bildirək "Gəncə Ərzaqnəqliyyat” ASC 29 oktyabr 1997-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 112 506 manatdır.
Qanuni təmsilçisi Yusif Həsənov Rza oğludur.
Hüquqi ünvanı Az2004, Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli, ev 19 ünvanında yerləşir.