Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen və ABŞ-nin maliyyə naziri Skott Bessent İsveçrədə keçirilən danışıqların yekunlarına görə ticarət-iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.
FED.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Çin və ABŞ tezliklə müvafiq detalları razılaşdıracaq və mayın 12-də danışıqların nəticələrinə dair birgə bəyanat dərc edəcək.
Çin rəsmisinin sözlərinə görə, mayın 10-11-də baş tutan danışıqlar səmimi, dərin və konstruktiv olub və tərəflər mühüm konsensusa nail olub və mühüm irəliləyiş əldə ediblər. (Report)