Azərbaycanda fəaliyyət göstərən qlobal (yəni çox ölkələrdə işləyən) şirkətlərdən yerli şirkətlərin narazılığı artmaqdadır.
“IRŞAD ELECTRONİCS”ə maliyyə sanksiyası - TƏTBİQ EDİLİB
FED.az xəbər verir ki, böyük maliyyə imkanlarına malik olan qlobal şirkətlər bəzi hallarda bazarda öz şərtlərini dəqtə etməyə cəhd edir, nəticədə yerli şirkətlərin bazar payını əllərindən almağa çalışırlar.
“SOLITON LTD”yə maliyyə sanksiyası tətbiq edildi - RƏSMİ AÇIQLAMA
Bu rəqabət özünü ən çox taksi və çatdırılma xidmətləri sahəsində göstərir.
Ölkədə çatdırma xidməti göstərən «Delivery Azerbaijan» MMC şirkəti «Bolt Services AZ» MMC-dən Antiinhisar Xidmətinə şikayət edib. «Delivery Azerbaijan» qarşı tərəfi «Haqsız rəqabət haqqında» qanunun 7-cı maddəsinin (Haqsız sahibkarlıq fəaliyyəti) üçüncü abzasının tələblərinin pozmaqda ittiham edir. Həmin hissə «Rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi» adlanır.
«Delivery Azerbaijan» MMC-nin rəhbəri Samir Kərimov FED.az-a bildirib ki, şikayət «Bolt servis»in haqsız rəqabət vəziyyəti yaratması ilə bağlıdır. «Bolt» xaricdən aldığı böyük maliyyə dəstəyi ilə bazarda dempiq siyasəti aparır və başqa şirkətləri bazardan çıxarmağa cəhd edir.
Qeyd edək ki, «Bolt» Estoniyada yaradılmış startapdır və hazırda şirkətin çatdırma xidməti göstərən bölməsi «Bolt servis» 10-a yaxın ölkədə işləyir. 2022-ci ilin əvvəlinə olan məlumata görə, ümumilikdə şirkətin bazar kapitalizasiya 8,4 milyard dollar təşkil edir.
Yerli şirkətlər bildirir ki, Azərbaycanda fəaliyyət göstərən «Bolt servis» xidməti ana şirkətdən aldığı maliyyə dəstəyi hesabına çatdırma qiymətlərini maya dəyərindən də aşağı qiymətə həyat keçirir: «Xarici şirkətdən maliyyə dəstəyi almaqla bazardakı qiymətləri subsidiya edir və nəticədə digər şirkətlərdən 30-40 faiz daha aşağı qiymətə xidmət təklif edir. Nəticədə bazarda demək olar ki, bütün yerli şirkətlər bağlanmaq üzrədir».
Eyni vəziyyətlə üzləşməmək üçün «Delivery Azerbaijan» MMC vəziyyətin araşdırılması tələbi ilə Antiinhisar xidmətinə müraciət edib: «Antiinhisar Xidmətinə müraciət etmişik ki, bu məsələ necəsə tənzimlənsin. Çünki xarici şirkətin xaricdən gələn pulun hesabına yerli şirkəti bazardan çıxarması doğru deyil».
Amma məsələ bununla bitmir. «Delivery Azerbaijan» MMC «Bolt servis»in maliyyə axınlarını, Azərbaycanda qazanılan pulların xaricə göndərilməsinin də araşdırılmasını bu məsələyə nəzarət edilməsini istəyir: «Fikrimizcə araşdırılmasılır ki, onun vasitəsilə ölkədən nə qədər pul sıxarıldır və bundan nə qədər vergi ödənilir. Biz bu məsələnin araşdırılmasını və bununla bağlı dövlətin mövqeyini bilmək istəyirik».
Qeyd edək ki, antiinhisar xidməti bu işi araşdırır, artıq məsələ iləb ağlı bir neçə dəfə iclas keçirilib və yaxın günlərdə bu barədə qərarın verilməsi gözlənilir.