Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
FED.az xəbər verir ki, AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 300 təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Biznesin İnkişafı Departamentinə mütəxəssis axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Mütəxəssis
Müraciət üçün son tarix: 25.08.2026
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Tərəfdaşlarla əlaqələrin idarə olunması: Büronun mövcud tərəfdaşları ilə biznes münasibətlərini inkişaf etdirmək, daxil olan sorğu və müraciətləri dəqiq, operativ və müəyyən olunmuş vaxtda və xidmət standartlarına uyğun cavablandırmaq;
- Məlumat mübadiləsi və inteqrasiya dəstəyi: Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini koordinasiya etmək, texniki komanda ilə birgə yaranan problemləri həll etmək və dəstək göstərmək;
- Monitorinq və konsultasiya: Məlumatların qanunvericiliyin və Büronun daxili qaydalarının tələblərinə müvafiq qaydada təqdim olunmasını təmin etmək üçün tərəfdaşlara konsultasiya vermək və monitorinq fəaliyyətini icra etmək;
- Məhsul və xidmətlərin inkişafı: Büronun yeni məhsul və analitik həllərinin hazırlanması, sınaqdan keçirilməsi və tərəfdaşlar arasında təşviqi prosesində aktiv iştirak etmək;
- Rəsmi yazışmalar və sənədləşmə: Tərəfdaşlardan daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq, qanunvericiliyə müvafiq əsaslandırılmış cavab məktubları hazırlamaq;
- Analitika və hesabatlılıq: Rəhbərliyin tapşırığı əsasında biznesə dair müxtəlif statistik və analitik hesabatlar tərtib etmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və s.);
- İş təcrübəsi: Bank və ya maliyyə-kredit sahəsində (biznesin inkişafı, risklərin idarə olunması və ya analitika istiqamətində) minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla).
- Texniki bacarıqlar:
- MS Excel üzrə təkmil bacarıqlar (mürəkkəb formulalar, PivotTable, böyük həcmli məlumatların emalı və analizi);
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- PowerBI və ya digər datanın vizuallaşdırılması alətləri ilə iş təcrübəsi üstünlükdür;
- Jira və ya layihə idarəetmə sistemləri ilə tanışlıq üstünlükdür;
Digər bacarıqlar və şəxsi keyfiyyətlər:
- Analitik düşüncə və problemlərin həlli: Böyük irihəcmli data strukturları ilə işləmək, səbəb-nəticə əlaqələrini qurmaq və mürəkkəb məsələlərə operativ həll yolları tapmaq bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları: Tərəfdaşlarla peşəkar işgüzar kommunikasiya qurmaq, təqdimatlar hazırlamaq və auditoriya qarşısında çıxış etmək qabiliyyəti;
- Nəticəyə fokuslanma və təşəbbüskarlıq: İş proseslərinin optimallaşdırılması üçün təkliflər vermək, nəticəyə yönəlik işləmək;
- Komandada iş və adaptasiya: Dinamik mühitdə effektiv çalışmaq, prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı idarə etmək.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mütəxəssis" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.














