“Agro Norm” MMC (VÖEN: 1502366671) nizamnamə kapitalı azaldılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payını və Əliyev Qalib Əli oğlunun ona məxsus 1 milyon 200 yüz min manat dəyərində payını götürərək cəmiyyətin təsisçiliyindən çıxır.
Bununla əlaqədar olaraq şirkətin nizamnamə kapitalı 6 milyon manatdan 1 590 min manata azaldıldır. Yəni nizamnamə kapitalı 4 milyon 410 min manat azaldılır.
Qeyd edək ki, “Agro Norm” MMC 2013-cü ildə yaradılıb. Qanuni təmsilçisi Abdullayev Rəşad Rəfail oğlu olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.33 ünvanında yerləşir.













