Modern Şirkətlər Qrupunun alkaqollu və alkaqolsuz içkilər istehsalçı “Azgranata” MMC 2024-cü ildən yeni rəhbərin idarəsi altında olacaq.
“PAŞA Sığorta”da - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, ötən gün təsdiqlənən qərara əsasən Cəlal Şirəlizadə Telman oğlu şirkətin baş icraçı direktoru təyin edilib. C.Şirəlizadə bu vəzifədə Ceyhun Bəxtiyarlı Qəzənfər oğlunu əvəz edib.
C.Şirəlizadə 2016-cı ildən “Azgranata”nın heyətinə qoşulub və ilk iki ili marketinq sahəsi üzrə çalışıb, 2020-2021-ci illərdə şirkətin marketinq direktoru kimi çalışıb.
Xatırladaq ki, “Azgranata” 2011-ci ildən fəaliyyətdədir və 21.58 mln. manat nizamnamə kapitalı var. Şirkət Modern Şirkətlər Qrupuna daxildir.