2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 99,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin 9 ayı ilə müqayisədə 28,3 milyon ABŞ dolları və ya 39,5% çoxdur.
Bununla belə, təkcə sentyabr ayında ixracat ötən ilin eyni ayı ilə müqayisədə 1,2 milyon dollar (9%) azalaraq 12,1 milyon dollar təşkil edib.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 71,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac etmişdi.
Təkcə sentyabr ayında 12,1 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 1,2 milyon dollar (9%) azdır.
Ötən ilin sentyabr ayında Azərbaycandan xarici ölkələrə 13,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








