Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 110,8 milyon ABŞ dolları və ya 59,4% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 186,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Təkcə noyabr ayında 20,6 milyon dollarlıq qızıl ixrac olunub ki, bu da illik 2,6 milyon dollar (11,2%) azdır.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 23,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.











