Bu ilin əvvəlindən indiyədək ölkədə 8 minə yaxın işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Eləcə də bax: Amerikalı xanım Azərbaycanda – Corab Biznesini Necə Yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a bildirilib ki, həssas əhali qruplarından olan şəxsləri bu proqrama Dövlət Məşğulluq Agentliyi cəlb edir.
İndiyədək proqrama cəlb olunan 8 min nəfər arasından 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.
Ümumilikdə 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir