Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 75,8 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 0,7% çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 75,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
Təkcə sentyabr ayında 8,4 milyon dollarlıq metanol ixrac olunub ki, bu da illik 1,9 milyon dollar (18,4%) azdır.
Ötən ilin sentyabr ayında Azərbaycandan xarici ölkələrə 10,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.













