4 fevral 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 826,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil edib.
FED.az xəbər verir ki, Mərkəzi Bank 350 milyon manatı cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb edib.
Qeyd edək ki, Mərkəzi Bank fevralın 1-dən faizləri endirib. Əvvəlki hərraclarda orta ölçülmüş faiz dərəcəsi 7.76% təşkil edirdi.
Xəbər verdiymiz kimi, 1 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 9.75%-dən 9,25%-ə düşüb. Qərara əsasən, uçot dərəcəsi 9.75% səviyyəsindən 9.25%-ə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 11.25%-ə, aşağı həddi isə 7.75%-dən 7.25% səviyyəsinə endirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.