Yanvarın 9-da Bakı Fond Birjası-nın (BFB) Listinq Komitəsinin qərarı ilə “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, nominal dəyəri 2 milyon AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 14 faizdir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.
“Metak” istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.