21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000.00 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Eləcə də bax: "Unibank"ın səhmlərinin Birjada satılacağı - TARİX AÇIQLANIB
FED.az xəbər verir ki, 4 avqust 2022-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Qiymətli kağızın növü və forması |
Qiymətli kağızların sayı |
Hərrac tarixi |
Nominal Dəyəri |
AZ1003002024 |
Adi adlı sənədsiz səhm |
4,375,000 (ədəd) |
04.08.2022 |
2.72 manat |