Türkiyə səhm bazarı bu ilin son aylarında 2016-cı ildən bəri olan ən zəif performansını nümayiş etdirir. FED.az «PSG-Kapital» investisiya şirkətinin Türkiyənin fond bazarı ilə bağlı icmalını təqdim edir.
Eləcə də bax3 səhmdarı “Suraxanı Bazar”a zərər vurub – İCLAS KEÇİRİLƏCƏK
Borsa İstanbulda nə baş verir?
Hələ Aprel ayının əvvəllərində səhm bazarı 20 milyard dollara qədər dəyər itirmiş, Borsa İstanbul 100 İndeksi (BİST 100) isə 2016-cı ilin Noyabrından olan ən zəif performansını nümayiş etdirmişdi. Burada əsas rolu ABŞ maliyyə göstəricilərinin cəlbedici olması, məsələn, on illik istiqraz faizlərinin 3%-ə qədər qalxması, dollar indeksinin və neft qiymətlərinin artaması oynasa da, Türkiyə daxili bazarı-seçkilər və artmaqda olan geopolitik risklər, lirəinin uzunmüddətli düşüş trendi də öz sözünü deyir. Səhm bazarına olan inam ümumi ölkə iqtisadiyyatı göstəricilərinə sıx bağlı olduğu üçün biz ümumilikdə böyük şirkətlərin göstəricilərində müəyyən qədər geriləmə müşahidə edirik.
BİST 100 indeksinin son 1 illik göstəriciləri
“Turkcell”də ucuzlaşma davam edəcək?
Turkcell İletişim Hizmetləri Türkiyənin global mobil kommunikasiya sektorunda Türkiyə daxili və qonşu dövlətlərdə fəaliyyət göstərən ən böyük şirkətlərindən biridir. Şirkətin informasiya və əyləncə sektorunda fəaliyyət göstərən bəzi müəssisələri Azərbaycanda da fəaliyyətini davam etdirir. Turkcell ümumi səhm performasına baxdıqda biz səhmin qiymətinin bu ilin yanvar ayından bəri düşüş trendində olduğunu görə bilərik. Ümumi texniki analizlər baxımından Turkcell səhmlərinin azalma trendinin orta dövründə olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, hələ bir müddət səhm qiymətlərinin daha da azalmasını gözləmək olar. Qısa müddətli trendə baxdıqda isə biz səhm qiymətlərinin hələ 28%-ə qədər düşəcəyini və bu periodun sonunda 90% ehtimalla 10.08 vo 14.28 lira aralığında dəyişəcəyini gözləyirik. Beləliklə də, səhm analizi hələlik satış siqnalları verir. Azalmanın fundamental səbəbləri isə şirkətin yüksək səviyyəli idarəçilərinin şirkətdən ayrılmasından sonra başlanan borc problemidir. Belə ki, şirkətin borcun kapitala olan nisbət ölçüsü son dövrlərdə 1.07 çatmışdır.
Turkcellin son 5 illik göstəriciləri
Halk Bankasının səhmlərinə yatırım etmək olarmı?
Türkiyə Halk Bankası əsasən Türkiyədə fəaliyyət göstərən kommersiya bankıdır. Fərqlı bank xidmətləri çərçivəsinə korporativ bankçılıq, fond idarəetməsi, fərdi bankçılıq, kredit kard əməliyyatları kimi xidmətlər daxildirlər. Halk bank səhm qrafiklərində müşahidə edilən azalma trendidir. Səhm qiymətləri keçən ilin sentyabrından bəri bu trendi nümayiş etdirirlər. Şirkətin borc nisbətlərinin artımı onun səhm qiymətlərini təsirləndirən əsas səbəblərdən biri olsa da, son dönəmlərdə ABŞ maliyyə qurumlarının bankı 49 milyarda qədər cərimələndirməsi xəbərləri də öz növbəsində qiymətləri mənfi təsirləndirib. Xəbərlərin əsasının olmaması bank səhmləri üçün pozitiv sinqal verir və ola bilsin ki, yaxın zamanlarda düşüş trendi sonlana bilər.
Halk Bankasının son 1 illik göstəriciləri
Türkiyədə səhmləri ucuzlaşan şirkətlər - BİRJA İCMALI
09:43
1 İyun 2018