Türkiyə Mərkəzi Bankı məcburi ehtiyat normasının faizlərini düşürdükdən sonra dəyər qazanan lirə yenidən ucuzlaşır.
FED.az xəbər verir ki, lirə dollar qarşısında hər dəqiqə dəyər itirməyə davam edir. Belə ki, səhər saatlarında dollar 6.50 lirəyə qədər geriləsədə artıq yenidən 8% bahalaşaraq 6.95 lirəyə ticarət olunur.
Avro və funt da bahalşmaqda davam edir. Avro 7.90 lirə, funt-sterlinq 8.86 lirədir.
Bu ilin əvvəlindən 20% dəyər itirən İstanubul Birja indeksi yenədə 2.39% düşərək 94 940 xaldan 92 672 xala geriləyib.
Türkiyədə dollar yenidən bahalaşır - YENİLƏNİB
11:50
13 Avq 2018