Türkiyə Mərkəzi Bankının (TMB) faiz qərarından sonra lirə sürətlə bahalaşmağa, xarici valyutalar isə ucuzlaşmağa başlayıb. FED.az-ın məlumatına görə, Bakı vaxtilə saat 14-ə olan vəziyyətə 1 dollar 4,70-dən 4,57 lirəyə, 1 avro 5,52-dən 5,32 lirəyə, ingilis funtu 6,28 lirədən 6,09 lirəyə enib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - LİRƏ BAHALAŞIR
Xatırladaq ki, TMB repo əməliyyatlarında Mərkəzi Bankın faiz dərəcəsinin (16,5%) tətbiq edilməsi barədə qərar qəbul edib.
Eləcə də bax: Türkiyədə xarici valyutalara yeni məzənnə – SƏRT SİYASƏT BAŞLAYIR
Bundan əvvəl isə Mərkəzi Bank lirəni sabitləşdirmək üçün idxal-ixrac əməliyatları üçün lirənin ayrıca məzənnəsini müəyyən etmişdi.