Fırıldaqçılar «Trafigura» şirkətinin treyderini aldadaraq saxta nikkel əməliyyatı ilə 577 milyon dollar zərərə salıblar.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, dünyanən ən böyük treyder şirkətlərindən olan «Trafigura» şirkəti Hindistandan nikel alması barədə saziş imzalayıb. Amma limana nikeel əvəzinə adi polad göndərilib.
Məşhur «Trafigura» treyder şirkəti fırıldaqçıların saxta nikkel əməliyyatı nəticəsində yarım milyard dollardan artıq pul itirib. Şirkətə Hindistan şirkətindən aldığı nikkel əvəzinə polad göndərilib. Göndərilən ucuz xammalın tərkibində bir qram da olsa nikkel olmayıb.
Qeyd edək ki, «Trafigura» dünyanın ən böyük xammal treyderlərindən biridi.r Bu şirkət neft və metal ticarəti üzrə dünyada lider şirkətlərdən sayılır. «Trafigura» hindistanlı biznesmen Pratik Quptanın şirkətləri ilə, o cümlədən «TMT Metals» və «UD Trading Group» şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir.
2022-ci ildə ticarət sxemi belə işləyirdi: «Trafigura» şirkəti Hindistandan gəmiyə yüklənmiş nikeel alırdı, sonra is onu heç boşaltmadan, olduğu kimi başqa alıcıya satırdı.
Amma 2022-ci ilin dekabrında yeni ilə az qalmış «Trafigura»nın əməkdaşları Niderlandın Rotterdam limanına gəlmiş konteynerin içərisində olan metalı yoxlamaq qərarına gəldilər. Amma konteyner açılanda məlum oldu ki, burada nikkel yoxdur, şirkət əməkdaşları burada ali polad külçələri tapdılar.
«2022-ci ilin sonundan etibarən bu şirkətdən alınan bəzi konteynerlər yoxlanılarkən onun içərisində nikkelin olmadığı aşkar edilib»-deyə şirkət elan edib. Ona görə şirkətdən alınan bütün konteynerlərin yoxlanılmasına qərar verilib, onlardan bəziləri hələ yoldadır.
Qeyd edək ki, hazırda nikkel — belə saxtakarlıq sxemlərində ən çox istifadə olunan metaldır. Məsələ bundadır ki, o çox bahalıdır – 1 ton nikkel 27-28 min dollar arasında dəyişir. Digər tərəfdən nikkel qiymətli metal sayılmadığına görə, onun üzərində nəzarət və məhdudiyyətlər də başqa qiymətli metallarda olduğu kimi deyil.
Hələliksə, «Trafigura» şirkəti üzləşdiyi zərərə görə, Quptanın şirkətlərin məhkəməyə verərək ondan 577 milyon dollarlıq zərərini tələb edir.
Bu – şirketin 2022-ci ildə əldə etdiyi rekord mənfəətin – 7 milyard dollar – təqribən 8%-ni təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür