Məşhur Telegram messenceri TON (Telegram Open Network) adlı öz blockchain platformasını və kriptovalyutasını istifadəyə verərək ICO vasitəsilə 3-5 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Bu barədə Techcrunch saytı öz mənbələrinə istinadən xəbər verib. Kriptovalyutanın işə salınması Telegram-a istənilən hökümət və bankdan müstəqillik təmin edə bilər. Güman olunur ki, messencerin istifadəyə verəcəyi kriptovalyuta Gram adlanacaq. Techcrunch-ın əldə etdiyi texniki sənədlərə əsasən 200 milyon Gram (4%) Telegram-ın tərtibatçıları üçün ehtiyyatda saxlanacaq. Həmçinin spekulyativ satışlardan qorunmaq üçün şirkət özündə bütün kriptovalyuta həcminin 52%-ni saxlamağı planlaşdırır. Kriptovalyutanın qalan 44%-i isə açıq şəkildə satılacaq. Vəsaitlərin saxlanması üçün nəzərdə tutulmuş Telegram Wallet-in 2018-ci ilin 4-cü rübündə işə salınacağı planlaşdırılıb. TON-un digər servisləri isə 2019-cu ildə istifadəyə veriləcək. Techcrunch-ın məlumatlarına əsasən start verilməsi bu ilin Mart ayına planlaşdırılan ICO zamanı Telegram 3-5 milyard dollar gəlir edəcəyinə ümid edir.
Technote.az©