“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin səhmdarların yığıncağı keçiriləcək.
Eləcə də bax: Tikinti şirkətinin - SƏHMDARLARI TOPLAŞIR
FED.az-ın məlumatına görə ümumi yığıncağın gündəliyinə ”Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin 2019-cu ilin yekunları və 2020-ci ildə görüləcək işlər haqqında, idarə heyətinin hesabatı, müşahidə şurasının hesabatı, maliyyə-təftiş komissiyasının hesabatı, 2019-cu təsərrüfat ilinin balans və hesabatının təsdiq edilməsi məsələləri daxildir.
Yığıncaq 26 mart 2020-ci il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən cəmiyyətin inzibati binasında keçiriləcək.