25 mart 2020-ci il saat 10.30-da “Sosialtikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə 2019-cu ilin maliyyə balansının təsdiq olunması, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, müşahidə şurasının, icra orqanının və maliyyə-təftiş müfəttişinin seçilməsi və cari məsələlər daxildir.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətə müraciət edə bilərlər.
Əlaqə telefonu- 012-456-45-87.
Ünvan- Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66