SOCAR istiqrazlarının yeni emissiyası planlaşdırılır,bununla bağlı Mərkəzi Banka müraciət olunub.
Eləcə də bax: SOCAR istiqraz sahiblərinə 20 milyon dollar ödəyib
FED.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O növbəti emissiya barədə məlumat verərək qeyd edib ki, Bildiyimiz kimi bu tip əməliyyatların təstiqlənməsi funksiyası Mərkəzi Banka verilib. Hazırda Mərkəzi Bank bu məsələyə baxmaqdadır. Müvafiq icazələr verildikdən sonra emissiya həyata keçiriləcək.Yəni Mərkəzi Bank tərəfindən müsbət cavab olarsa SOCAR istiqrazlarının növbəti emissiyasını planlaşdırırıq.
SOCAR rəsmisi emissiyanın dəqiq vaxtı barədə məlumat verərək bildirib ki, təstiqlənmə prosesində olduğu üçün emissiyanın dəqiq vaxtı ilə bağlı hər hansı bir etimal irəli sürmək düzgün deyil. Ümid edirik ki, yaxın həftələrdə "SOCAR İstiqrazları"-nın növbəti emissiyası ola bilər. Əgər müvafiq prosedurlar ilin axırına kimi başa çatarsa,Mərkəzi Bank tərəfindən icazə verilərsə, yəqin ki, bu ilin axırına qədər emissiyanı həyata keçirməyə çalışacağıq. Bu sırf bizdən aslı olmadığına görə dəqiq tarix barədə hər hansı məlumat verə bilmirik. Emissiyanın məbləği barədə və digər detallarla bağlı emissiya həyata keçiləndə biz ətraflı məlumat verəcəyik.
Qeyd edək ki, SOCAR İstiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, bilər. (Fins)