Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR İstiqarzlarının qiyməti yenidən artıb. FED.az istiqrazların marketmeykeri olan «PSG Kapital» investisiya şirkətinə istinadən xəbər verir ki, istiqrazların maksimum satış qiyməti 1036 dollara yüksəlib.
Qeyd edək ki, təqribən bir aydan sonra SOCAR İstiqrazları üzrə növbəti ödəniş həyata keçiriləcək, hər istiqraz sahibinə 12,5 dollar ödəniş ediləcək.
İndiyədək istiqrazlar üzrə toplanmış kupon 8 dollardan artıqdır.
Dekabrın 7-14-ü tarixlərində 300-ə yaxın istiqraz alınıb.
Eləcə də bax: SOCAR büdcə ödənişini 26% artırıb
Ümumilikdə, SOCAR İstiqrazlar üzrə təkrra bazar əməliyatlarının həcmi 170 milyon dollara satmaqdadır. Təkcə bu il istiqrazlarla 46,8 milyon dollarlıq əməliyyat aparılıb.
Bu ölkənin ümumi istiqraz bazarının 25%-i deməkdir. Maliyyə Nazirliyi və İpoteka Fondunun istiqrazlarını nəzərə almadıqda isə, Bakı Fond Birjasındakı bütün istiqraz dövriyyəsinin 90%-i SOCAR İstiqrazlarının payına düşür.
Qeyd edək ki, SOCAR İstiqrazları 2016-cı ilin oktyabrından dövriyyədədir, 5 illik müddətə buraxılıb və 2021-ci ilədək dövriyyədə olacaq.
İstiqrazların illik gəlirliyi 5% təşkil edir. Onları istənidən vaxt nağd pula dəyişmək mümkündür. Bundan başqa, istiqrazlar vasitəsilə repo əməliyyatları apararaq sərfəli şərtlərlə vəsait də cəlb etmək imkanı var.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.