“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi 1 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
SOCAR İstiqrazları üzrə 1,1 milyon dollar -ÖDƏNİŞ EDİLDİ
SOCAR-dan FED.az-a verilən məlumata görə, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR İstiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə, 5-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1,125 milyon ABŞ dolları dəyərində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.
Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin 1 may tarixində baş tutacaq.
Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.