Səhər saatlarında Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi valyuta hərracından sonra rubl möhkəmlənməyə başlayıb. Bu, özünü valyuta birjalarında və rublun nağd alış-satış qiymətlərində də göstərir.
FED.az xəbər verir ki, bu saatlarda Rusiyanın valyuta birjalarındakı nəticələrə görə, 1 dollar 0,45 rubl ucuzlaşaraq 62,69 rubl olub.
Məlumata görə, 1 avro da 0,45 rubl ucuzlaşmaqla 76,43 rublda qərarlaşıb.
Nağd alış-satışda isə 1 dollar 62,95 rubl, 1 avro isə 76,12 rubldur.
Rubl valyuta birjalarında özünə gəlir – QİYMƏT

18:58
27 Aprel 2018