İran rialı və türk lirəsindən sonra məzənnənin azalmamsı növbəsi rus rubluna çatıb. FED.az xəbər verir ki, avqustun 8-də rus rublunun məzənnəsi dollar qarşısında zəifləyərək 65 rubl/dollar həddinə düşüb. Bu, rublun təqribən iki il əvvəlki məzənnəsidir – sonuncu dəfə Rusiyada dollar bu qiymətə 2016-ı ilin noyabrında satılmışdı. Dollarla yanaşı, avroda bahalaşıb və 75 rublu keçib.
Rublun enişinin səbəbi ABŞ-ın Rusiyaya arşı yeni sanksiyalara başlayacağını elan etməsidir. Yeni sanksiyalar Rusiya dövlət borcu (dövlət istiqrazları – FED.az) ilə əməliyyatları qadağan edir, eləcə də, bu sanksiyalara görə, bəzi rus bankları ABŞ bankları ilə dollar əməliyyatları apara bilməyəcəklər.
Söhbət «Vneşekonombank», «Sberbank», VTB Bank, Bank Moskva, Qazprombank, Promsvyazbank və RSXB banklarından gedir.
ABŞ-ın yeni sanksiyaları bu bankların biznesinə ciddi zərbə vura bilər. Maraqlıdır ki, Rusiyanın bütün bank sektornun aktivlərinin 60%-i bu 7 bankın payına düşür.
Yeri gəlmişkən, ABŞ-da təklif edilən yeni qanun layihəsində Rusiyanın terrorizmi dəstəkləyən ölkə kimi tanınması tələbi də var ki, bu da rəsmi Moskvanı ən etibarsız ölkələrlə bir sıraya qoya bilər.
Təsadüfi deyil ki, qanun layihəsi açıqlanan kimi, birja treyderləri sürətlə dollar almağa başlayıblar.
Ekspertlər artıq şübhə etmirlər ki, vəziyyət düzəlməsə, bu gedişlə, tezliklə dolların məzənnəsi 66 rublu da keçəcək, ölkənin 5 illik istiqrazlarının gəlirliyi isə 8-9%-ə çatacaq.
Rubl da düşməyə başladı – SON MƏZƏNNƏ

00:51
9 Avq 2018