"Xalq Kapital İnvest İnvestisiya Şirkəti" ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-cü ili 62 min xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 49 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Kapital"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 13 min manat və ya 26,5% artıb.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 2023-cü ildə 122 min 173 manata bərabər olub. Gəlirlər illik müqayisdə 26 min manat və ya 27% artıb.
İnvestisiya şirkətinin əmək haqqı və işçi heyətinə çəkdiyi xərcləri 65 min manat, ümumi və inzibati xərcləri 17 min manat, cəmi əməliyyat xərcləri 82 min manata bərabər olub.
İllik müqayisədə əmək haqqı və işçi heyətinə çəkdiyi xərcləri 2 min manat (3%), ümumi və inzibati xərcləri 6 min manat (26,1), cəmi əməliyyat xərcləri 9 min manat (9,8%) azalıb.
"Xalq Kapital İnvest İnvestisiya Şirkəti" 40 min manat əməliyyat mənfəəti, 36 min manat faiz gəliri əldə edib.
Son bir ildə əməliyyat mənfəəti 36 min manat (10 dəfə) artıb, faiz gəlirləri 18 min manat (33,3%) azalıb.
Mənfəət vergisi ödəmələri 5 min manat (55,6%) artaraq 14 min manata çatıb.
"Xalq Kapital İnvest İnvestisiya Şirkəti" ötən il 1 milyon 5 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 65 min manat (6,9%) artıb.
Öhdəliklər son bir il ərzində 3 min manat (11,5%) artaraq 29 min manata yüksəlib.
Balans kapitalı 976 min manata bərabər olub ki, bu da illik müqayisə ilə 62 min manat (6,8%) atım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmində 62 min manat (15,1%) artım olub və 472 min manata yüksəlib.