Dünən ABŞ-dan işsizlik müavinətı üçün müraciətlərinin sayının proqnozlaşdırılandan az açıqlanması fonunda dolların major valyutalar qarşısında dəyəri bir qədər artı. Həmçinin ABŞ dövlət istiqrazlarının gəlirliliyinın artırması da qızılın qiymətini beynəlxalq birjalarda bir qədər ucuzlaşdırsa da, sessiyanın sonuna doğru qiymətli metal yenidən bahalaşaraq 1990$ hədlərinin üzərinə qayıtdı.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 6 DƏFƏ ARTIB
Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant hökumətin növbəti altı ay üçün yeni maliyyə planını Palatada təqdim edərkən qeyd etdi ki, əsas inflyasiya səviyyəsinin ilk öncə 2024-cü ilin sonuna qədər 2.8%-ə, 2025-ci ildə isə 2% hədəfinə endirilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Böyük Britaniyada illik inflyasiya oktyabr ayında 6.7%-dən 4.6%-ə enib.
Həmçinin dünən dünyanın ən böyük kriptovalyuta birjası “Binance”-ın ABŞ hökməti tərəfindən irəli sürülən ittihamları qəbul edərək, tələbləri pozduğuna görə 4.3 milyard dollar cərimə ödəyəcəyi və birjanın təsisçisi və baş direktoru Çanqpenq Tsaonun şirkətdən ayrılacağı məlum oldu. Ekspertlərin fikrincə “Binance” ilə ABŞ höküməti arasında əldə olunmuş razılaşma şirkətin biznesi və bütövlükdə rəqəmsal aktivlər sənayesi üçün müsbət hesab edilməlidir.
Bugün Almaniyada, Avrozonada və Böyük Britaniyada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.