İnvestorlar bu həftə ABŞ-dan, Avrozonadan və İngiltərədən inflyasiya məlumatlarının açıqlanacağını gözləyərkən, həftənin ilk əməliyyat günü Dollar indeksində (DXY) mənfi tendensiya müşahidə edildi.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 6 DƏFƏ ARTIB
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) dünən günün əvvəlində 106 bənd həddini test etsə də, sonradan geriləyərək günlük şamı 105.7 səviyyəsində bağladı.
İnflyasiya məlumatlarına əlavə olaraq, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini nə qədər yüksək tutacağına dair ehtimalları formalaşdıra biləcək digər iqtisadi məlumatlar da investorların diqqət mərkəzindədir.
Belə ki, bugün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə əmək bazarına dair statistik rəqəmlər, saat 14:00-da Avroznada ÜDM-in həcmi, Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi, saat 17:30-da Amerikada İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər açıqlanacaq.
ABŞ Konqresinin Federal Hökuməti maliyyələşdirəcək büdcə ilə bağlı razılığa gələ bilməməsi halında həftə sonu hökumətin qismən qapanması riskinin olduğunu xatırladan analitiklər, uzunmüddətli dövlət idarəetmə qapanmasınln iqtisadiyyata mənfi təsir göstərə biləcəyini qeyd edirlər.
Həmçinin “Moody's”-in ölkənin maliyyə gücünə mənfi yönlü təzyiqlərin və risklərin artdığını əsas gətirərək ABŞ-ın kredit reytinqinin proqnozunu "mənfi"yə dəyişməsi də bazarların gedişinə təsir edib.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.