Qızılın qiyməti 2025-ci ilin yanvar ayında rekord səviyyəyə çataraq 2,800 dolları keçdi.
Microsoft səhmləri çökdü - QİYMƏT KƏSKİN UCUZLAŞIB
FED.az xəbər verir ki, son üç gün ərzində 2,770 dollar səviyyəsində sabit qalan qızıl cümə axşamı kəskin bahalaşıb və bir unsiyasının qiyməti 2800.43 dollara çatıb.
Əgər qiymət bu səviyyəni aşarsa, növbəti hədəflər 2,850, 2,900 və 3,000 dollar ola bilər.
Digər tərəfdən, satıcılar XAU/USD cütlüyünü 2,750 dollardan aşağı salmağa çalışarsa, qiymət 2,700 dollara, daha sonra isə 2,663 dollara qədər enə bilər. Bu səviyyə 50 və 100 günlük sadə hərəkətli ortalamalarla üst-üstə düşdüyü üçün güclü dəstək nöqtəsi hesab olunur.
ABŞ iqtisadiyyatındakı yavaşlama fonunda bazarlar 2025-ci ildə Fed-in faiz dərəcələrini 50 baza bəndi azaltmasını gözləyir. Bu isə qızılın bahalaşması üçün əlavə dəstək yarada bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.