Səhm bazarında son dəyişikliklər bəzi şirkətlərin səhmlərinin qiymətini artırıb.
Bitcoin qiyməti 105 min dollardan gerilədi - SON QİYMƏT
FED.az xəbər verir ki, dünən ən çox dəyər qazanan səhmlər arasında Tesla birinci yerdədir. Şirkətin səhmləri 2,87% bahalaşıb. Bununla yanaşı, Visa, Alphabet (Google) və Meta Platforms kimi iri şirkətlərin səhmləri də artıb. Xüsusilə, Alphabet 2,76%, Visa 2,13%, Meta Platforms isə 1,55% yüksəlib.
Digər tərəfdən, Microsoft səhmləri ən çox dəyər itirənlər sırasındadır. Onun səhmləri 6,18% ucuzlaşıb ki, bu da bazar üçün ciddi göstəricidir. Apple və Amazon kimi iri texnologiya şirkətləri də dəyər itirib. Apple səhmləri 0,74%, Amazon isə 1,03% geriləyib.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
237,59 |
-0,74 |
2 |
Amazon.com |
234,64 |
-1,03 |
3 |
Meta Platforms |
687,00 |
+1,55 |
4 |
Berkshire Hathaway |
472,35 |
+0,66 |
5 |
Visa |
343,05 |
+2,13 |
6 |
Johnson & Johnson |
152,87 |
+1,14 |
7 |
Microsoft |
414,99 |
-6,18 |
8 |
Alphabet (Google) |
202,63 |
+2,76 |
9 |
Tesla |
400,28 |
+2.87 |
10 |
NVIDIA |
124,65 |
+0,77 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.