Bu ilin payızına qədər dünya birjalarında qızılın qiyməti 1 unsiyaya görə 2000 dollar həddində qalacaq.
Dollar qlobal birjalarda ucuzlaşıb - InvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, bu barədə rəyi soruşulan Rusiya analitikləri bildiriblər. Analitiklərin fikrincə bütün dünyada müşahidə edilən qiymət artımı qızılın qiymətini yüksək saxlayacaq.
«Dünyadakı bütün mərkəzi bankların səylərinə baxmayaraq baza inflyasiya azalmır və hədəf səviyyəsinə düşmür. Bu da investorların yatırımlarının real dəyərini azaldır»-deyə «Alğfa-Kapital» şirkətinin analitiki Aleksandr Djioev bildirib.
«Finam» şirkətinin analitiki Andrey Maslov isə hesab medir ki, qızılın qiyməti payıza qədər 1900-2100 dollar arasında dəyişəcək. Səbəbi odur ki, Abş və Avropanın bank sistemində yaranan problemlərin çoxu artıq həll edilib.
Djioyev bildirib ki, qızılın payızdan sonrakı qiyməti isə ABŞ FRS sisteminin və Avropa Mərkəzi Bankının atacağı addımlardan asılı olacaq.