Əmtəə bazarlarında qızılın qiyməti 5 400 dolları ötüb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 3,36% artaraq 5 424,46 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 3,1% artaraq 96,233 ABŞ dolları olub.












