Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az bunu AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilməsi tarixi 5 avqust 2026-cı ildən 31 iyul 2026-cı ilə keçirilib.
Bundan əlavə, ekspertlərlə görüşün də həmin gün təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, AMB iyunun 24-də keçirilən iclasında faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində qorunub.














