Almaniyanın ən qədim pivə şirkətlərindən biri – Cənubi Saksoniyanın Braunşveyq şəhərindəki «Hofbrauhaus Wolters» şirkəti müflisləşdiyini elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı «Bild»ə istinadən xəbər verir ki, şirkətin müflisləşməsinin səbəbi pivəyə tələatın azalması nəticəsində maliyyə vəziyyətinin çətinləşməsi və istehsal xərclərinin artımı olub.
Belə ki, təkcə 2025-ci ildə Almaniyada pivəyə tələbat 5,8% azalıb.
Xatırladaq ki, «Hofbrauhaus Wolters» şirkətinin tarixi 1627-ci ildən başlayır, şirkət «Wolters» brendi altında pivəsi ilə məşhur idi.
Almaniyanın Pivə Şirkətləri ittifaqının məlumatına görə, son 6 ildə ölkədə 137 pivə şirkəti fəaliyyətini dayandırmalı olub. 2025-ci ilin avqustunda, təqribən bir il əvvəl, Almaniyanın «Oettinger» şirkətinin rəhbəri bildirmişdi ki, pivəyə tələbatın azalması səbəbindən yaxın vaxtlarda alman pivə şirkətlərini müslisləşmə dalğası gözləyir. Onun sözlərinə görə, təkcə 2025-ci ilin ilk yarısında daxili pivə bazarı 2,6 milyon qallon kiçilib ki, bu da gündə 3 milyon banka pivə deməkdir.















